HOME RULE

n özünüidarə, muxtariyyət

HOME-FELT
HOME-SICK
OBASTAN VİKİ
İrlandiya Home Rule hərəkatı
İrlandiya Homrul hərəkatı (muxtariyyət hərəkatı-"self-government") — İrlandiyanın Britaniya içərisində avtonomiya qazanması məqsədilə başladılan hərəkatdır. Home Rule 1885–1918-ci illərdə irland seçicilərinin böyük hissəsinin başlıca tələbi idi.1801-ci il Birləşmə Aktından sonra Vestminster tərəfindən idarə olunan İrlandiya parlamenti idarəçiliyini milliyyətçilər yenidən İrlandiyaya qaytarmağın yollarını axtarırdılar. İlk Homrul krizisinin 1885-ci ildə Uilyam Qladston Homrul haqqında çıxış etdikdə başladı. Əvvəlki baş nazirliyi dövründə(1868–1874) o, İrlandiyanı "sakitləşdirməyin" yollarını axtarmış , bunun üçün İrland kilsəsini dövlətdən ayırmış və təsirsiz qalmış 1870-ci il Torpaq Aktını qəbul elətdirmişdi.1879–1881-ci il Torpaq müharibəsindən sonra Qladston konstitusiya dəyişikliyini Birləşmiş Krallığın bütünlüyünü qorumaq üçün tək vasitə kimi görürdü. O, 1886-cı ildə ilk Homrul billini təqdim etdi , ancaq bu bill aşağı palatadan keçmədi,1893-cü ildə təqdim olunan ikinci bill isə Lordlar palatası tərəfindən rədd edildi. İlk Homrul krizisinin İrlandiyada iki əsas nəticəsi oldu: Olsterdə liberal siyasətin sonu gəldi və dini siyasətin başlanğıcı qoyuldu. Katoliklər milliyyətçilərə , protestantlar isə konservativ birlik tərəfdarlarına səs verdilər.
DNA@Home
DNA@Home - layihədə ehtimal nəzəriyyəsi alqoritmləri istifadə edilərək müxtəlif genlərə cavabdeh DNT molekullarında ardıcılığın axtarılması, polimeraza molekulları istifadə olunmaqla gen transkripsiyası mexanizminin araşdırılması, xıyarcıklı vəba və vərəm xəstəliklərini yaradan DNT bakteriyalarının araşdırılması üçün hesablamalar aparılır. Layihədə 16000-ə yaxın istifadəçi qeydiyyatdan keçmişdir və 60 000-ə yaxın qurğu istifadə olunur.
Kontakt Home
Kontakt Home — Azərbaycanda elektronika, məişət texnikası və mebel satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkələrindən biri. Şəbəkənin baş direktoru Həsən İsrafilzadədir. == Haqqında == 2006-cı ildə mobil telefon, aksessuar və mobil nömrələrin satışını həyata keçirən ilk Kontakt Home mağazası açılmışdır. Eyni ildə 3 yeni mağazası da açılan mağazalar şəbəkəsinin adı "Kontakt Mobile" idi.[mənbə göstərin] 2011-ci ildə məhsul kateqoriyaları siyahısına məişət texnikası əlavə olundu. Mağazaların təklif etdiyi məhsulların çeşidliliyi artdı və şəbəkənin adı "Kontakt Electronics" adına dəyişdirildi. 2013-cü ildə geniş elektronika və məişət texnikası kateqoriyalarının sırasına mebel kateqoriyası da əlavə olundu. Həmin ildən etibarən yerli və xarici brendlərin, həmçinin öz fabrikinin istehsal etdiyi mebellər də mağazalarda satışa çıxarıldı. Bununla da "Home" konsepti tamamlanaraq, şəbəkənin adı "Kontakt Home" adına dəyişdirildi.[mənbə göstərin] Şirkət əməkdaşlarının sayı 2500-ə yaxındır. Hazırda 30-dan çox brendin rəsmi distribyuteri olan Kontakt Home-un 41 mağaza və 1 online mağazası müştərilərə xidmət edir. == Beynəlxalq partnyorlar == Kontakt Home Dyson, Electrolux, WAHL, Toshiba, Black&Decker, Hoffmann kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distribyuteri, Samsung, LG, Bosch, Huawei, Realme, Sony, Panasonic, BQ, Sonorous, Elari, Thomas, Beurer, Karcher, H Gala, Cassore, Simge mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distrübyuteri,[mənbə göstərin] Apple brendinin rəsmi satış mərkəzidir.
SETI@Home
SETI@home və ya "SETI at home" (azərb. SETİ evdə‎) — SETI-yə (ing. Search for Extraterrestrial Intelligence) aid bir elmi layihənin adıdır. Bu layihə kainatda — kosmosda zəkalı varlıqların axtarmasıdır. SETI@home yerdənxaric sivilizasiyaların radiosiqnallarının axtarılması məqsədilə könüllülərin kompüterlərinin sərbəst resurslarından istifadə edən elmi qeyri-kommersiya layihəsidir. Güman edilir ki, Yerdənxaric sivilizasiyalar radiorabitədən istifadə edəcəklər və yaxşı qəbuledicilər olsa, Yerdəki radiostansiyalar yaxın ulduz sistemlərindən gələn radiosiqnalları tuta bilər. Əgər radiosiqnallarda periodik təkrarlanan elementlər olarsa, çox güman ki, onlar süni təbiətə malik olmalıdır və, deməli, onların aşkarlanması Yerdənxaric texnologiyaların olmasını dolayısıyla təsdiqləmiş olacaq. Belə radiosiqnalların emalı üçün inanılmaz dərəcədə çoxlu hesablama gücləri (aparat və proqram təminatı) tələb olunur. Müştəri proqram təminatının ilkin kodu açıqdır (GNU General Public License) və layihənin iştirakçısı olan hər kəs istəyərsə, öz töhfəsini təkcə hesablamalara deyil, həm də proqram təminatının işlənib hazırlanması və testlənməsinə verərdi. Layihədə süni hesab edilə bilən siqnalların aşkarlanması üçün Aresibo (Puerto-Riko) rəsədxanasının radioteleskopundan alınan verilənlər emal olunur.
Zel Home
Home Video
Home Video — ABŞ müğənnisi Lüsi Dakusun üçüncü studiya albomu. 25 iyun 2021-ci ildə Matador tərəfindən buraxılıb.
Home Page
Amerika Home Products
Wyeth və ya əvvəlki adı ilə American Home Products Corporation – ABŞ dərman şirkəti.
Home Box Office
Home Box Office (abr. HBO; tələffüzü: eyç-bi-ou) — ABŞ kabel və peyk teleşəbəkəsi. Teleşəbəkənin sahibi «AT&T» şirkətinin bir mülkü olan «WarnerMedia» şirkətinin bir mülkü olan «Home Box Office, Inc.» şirkətidir. Teleşəbəkədə yayımlanan verilişlər əsasən bədii kinofilmlər, orijinal teleseriallar, eləcə də sənədli filmlər, komediya şouları və konsertlərdən ibarətdir. «HBO» ABŞ-dəki ən köhnə və uzun müddət fəaliyyət göstərən kabel xidmətidir. Teleşəbəkə 8 noyabr 1972-ci ildə təsis edilmişdir. 2015-ci ildə «HBO» teleşəbəkəsinin qazancı 1.880.000.000 ABŞ dolları idi. Növbəti il 2016-cı ildə bu miqdar 1.930.000.000 ABŞ dolları olmuşdur. Həmin il «HBO» teleşəbəkəsinin dünyada 130.000.000 abunəçisi var idi. Teleşəbəkə «HBO Comedy», «HBO Latino», «HBO Signature» və «HBO Family» daxil olmaqla yeddi 24 saatlıq multipleks kanalı nümayiş etdirir.
Media Home Entertainment
Media Home Entertainment (azərb. Ev Video Buraxılışı‎) — əsası 1978-ci ildə ABŞ-nin Kaliforniya ştatında qoyulan ev video film istehsal edən kompaniyadır.
Take Me Home
Take Me Home — İngiltərə-İrlandiya oğlan qrupu One Direction-ın ikinci studiya albomu. 9 noyabr 2012-ci ildə Syco Music və Columbia Records tərəfindən buraxılıb.
Home (Kobi Marimi mahnısı)
Home (azərb. Ev‎) — İsrailin 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Kobi Marimi "Home" mahnısı ilə İsraili Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı yəhudi bəstəkarlar Ohad Şarqay və İnbar Veytzman tərəfindən bəstələnmişdir.
My Old Kentucky Home
"My Old Kentucky Home, Good-Night!" (Azərbaycan dilində, Mənim köhnə Kentukki evim, gecən xeyrə!) Stefan Foster tərəfindən təxminən 1852-ci ildə bəstələnmiş sentimental minstrel mahnıdır. O, 1853-cü ilin yanvarında Nyu-Yorkun Firth, Pond & Company adlı amerikan musiqi şirkəti tərəfindən dərc edilib. Foster, güman edilir ki, Harriyet Biçerin Tom dayının daxması romanından ilhamlanıb, buna sübut olaraq Fosterin eskiz dəftərindəki "Yazıq Tom dayı, gecən xeyrə!" adlı eskizi göstərmək olar. Bəziləri iddia etmişdi ki, Foster 1850-ci illərdə Bardstovn,Kentukkidəki ziyarət etdiyi Federal Hill adlı əkin sahəsindən ilhamlanıb. Lakin, bu ziyarətə dair birbaşa və ya çağdaş bir dəlil ortaya çıxmadı və bu iddia Vilyam Ostin, Ken Emerson və Con Tasker Hovard da daxil olmaqla ən məşhur Foster alimləri tərəfindən etiraz edildi. Mahnının şərhləri çox müxtəlifdir. Fosterin əksər alimləri, mahnının "Oh Susanna" və "De Camptown Races" kimi əvvəlki ədəbsiz komik minstrel mahnılarından fərqli olaraq sentimental minstrel mahnısı olduğu ilə razılaşırlar. Frederik Duqlas 1855-ci ildə yazdığı "Əsarətim və Azadlığım" adlı tərcümeyi-halında mahnının "köləyə qarşı simpatiya oyandırdığını və beləliklə köləlik əleyhinə prinsiplərin kök saldığı, böyüdüyü və çiçəkləndiyini" yazdı. Lakin, mahnının qaraüzlü minstrel şovlara daxil olması şöhrətinə böyük ölçüdə mənfi təsir göstərdi.
HOME.TV (Bosniya və Herseqovina)
«HOME.TV» — «HT Mostar» şirkətinin sahibləndiyi Bosniya və Herseqovina IPTV provayderi. «HOME.TV» müxtəlif mövzulu HD keyfiyyətli telekanalların yayımını təmin edir. == Telekanal xətti == Hal-hazırda «HOME.TV» IPTV tərəfindən təklif olunan proqram paketinə əsasən (2016-cı ilin noyabr ayında), 130-dan çox (əsas təklifdə 67) televiziya kanalı yayımlanır.
Don't Try This at Home
Don't Try This at Home — amerikalı repçi YoungBoy Never Broke Again-in altıncı studiya albomu. 21 aprel 2023-cü ildə Motown Records və Never Broke Again tərəfindən buraxılıb.